Esra Erol xəstəxanalıq oldu
27.06.2019
Türkiyədə evlilik proqramının aparıcısı Esra Erol xəstəxanaya aparılıb.
Xəstəxana çıxışı obyektivlərə tuş gələn aparıcı soyuqladığını deyib.
"Ürəyim bulanırdı, özümü pis hiss etdiyim üçün bura gəldim. Həkimlər müdaxilə etdi, indi biraz daha yaxşıyam" deyə, o bildirib.
"Müxbirlərin "hamiləsiniz" sualına aparıcı gülərək "yox, indi yaydır. Hava çox isti olduğundan kondisioner açıq qalır, buna görə soyuqlamışam" deyə, cavab verib.