Türk ordusu Suriyanın Morik bölgəsinə girdi
07.04.2018
Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoy İdlibin Morik bölgəsinə daxil olub.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Baş Qərargah bu bölgədə 9-cu müsahidə nöqtəsinin təsis edildiyini bildirib.
Qeyd edək ki, Türkiyə belə nöqtələrin təsis edilməsi barədə öhdəliyi Astanada Rusiya və İranla apardığı danışıqlar nəticəsində götürüb.