Rusiyadan şok: İran gərginlik yaratmamalıdır
26.06.2019
Moskva Tehranı nüvə müqaviləsi ətrafında gərginlik yaratmamağa çağırır.
Bunu TASS agentliyinə müsahibəsində Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndələrinin rəhbəri Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, bu cür fəaliyyət yaxşı nəticələnməyəcək:
"İranın mayın 8-də verdiyi bəyanata anlayışla yanaşırıq. Biz İranı eskalasiya yolu ilə getməməyə çağırırıq, çünki bu, çətin ki, yaxşı nəyəsə gətirib çıxarsın”, – deyə o bildirib.