Əbülfəz Elçibəyin müşaviri dünyasını dəyişdi
26.06.2019
Türkiyənin tanınmış ictimai-siyasi xadimi Nihad Çətinkaya vəfat edib.
Report xəbər verir ki, N.Çətinkaya 1946-cı ildə Türkiyənin İğdır şəhərində doğulub. O, millətsevər düşüncəli fikir adamı kimi tanınırdı. Siyasi, sosial, tarixi və mədəni sahələrdə araşdırma aparıb. "Aleviliyin tarixi”, ”Qızılbaş türkləri və İğdırın tarxinin yazdıq” "Qızılbaş türklər” adlı kitabların müəllifidir.
N.Çətinkaya 1992-1993-cü illərdə Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyin müşaviri olub.