Fuad Abbasov Bakıdadır - VİDEO
26.06.2019
Rusiyada həbsdən azad edilən jurnalist Fuad Abbasov artıq Bakıdadır.
Jurnalisti Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri, yaxınları qarşılayıblar.
Rusiyada həbsdə olan jurnalist Fuad Abbasov azadlığa buraxılıb.
Bununla bağlı jurnalistin Facebook hesabında məlumat verilib.
Bildirilib ki, jurnalist Moskva vaxtı ilə 19:40-da Bakıya yola düşüb.
Qeyd edək ki, Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist F.Abbasov mayın 16-da miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinərək saxlanmışdı.
Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınmışdı.