Fazil Məmmədovun səhhəti yenə pisləşdi
26.06.2019
Ötən gün keçmiş vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
"Dövran Media" Bakı.vs-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.
Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. O, qaraciyər və qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.