42 şəhərin Baş planı təsdiq edildi
26.06.2019
"Nazirlər kabineti tərəfindən Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib”.
Bunu açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.
Onun sözlərinə görə, Baş planları təsdiq olunma mərhələsində olan şəhərlərin sayı 3-dür: "Bunlar Ağcabədi, Biləsuvar və Göyçay şəhərləridir”.
S. Nuriyev qeyd edib ki, Baş planları icra prosesində olan şəhərlərin sayı 7-dir: "Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran və Tərtər Baş planları icra prosesində olan şəhərlərdir”.