03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yayda NECƏ QİDALANAQ?

25.06.2019

Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür.
Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.

Türkiyə mətbuatına istinadən, diyetoloq Berna Ertuğun yayda tətbiq oluna biləcək doğru qidalanma ilə əlaqədar məsləhətlərini təqdim edirik.

Gündə 10-12 stəkan su için!

Bədəndən atılması lazım olan maye normal şərtlərdə sidik, nəcis və tənəffüslə atılar. Yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək önəmlidir. Hər gün ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Bundan başqa məşq edildiyində daha çox su içməyə diqqət yetirmək lazımdır. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir.

Gündə 3 dəfə yeyin!

Sağlamlığın qorunması üçün həyatın hər dövründə nizamlı qidalanma çox əhəmiyyətlidir. Buna görə qidalarınızı gündə 3 ana pay (nahar, günorta və axşam) və 3 ara pay şəklində istehlak etməyə çalışın. Bu zaman qan şəkəriniz normada qalar.

4 əsas qida qrupundan istifadə edin!

Yetərli və balanslı bəslənmə üçün gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin - süd və süd məhsulları (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəz qrupu.

Qidaları yaxşıca çeynəyin!

Doymaq hissi yemək yedikdən 15-20 dəqiqə sonra hiss edilməyə başlayır. Bu səbəblə yavaş-yavaş və yaxşıca çeynəməklə yeməyə diqqət edin. Yemək əsnasında tikələr arasında yeməyinizə tez-tez ara verin.

Mayonez və qızartmalara SON!

Yayda mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağlarından istifadə edin. qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verin.

Zəhərlənməmək üçün gigiyenaya fikir verin!

Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin.

Dondurma və meyvəli şirniyyatları seçin!

Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçin. Ancaq hər qidada olduğu kimi bunda da miqdarına diqqət yetirin.

Açıq bufetlərə diqqət yetirin!

Qida istehlakında hər vaxt pay miqdarına diqqət yetirməliyik. Ancaq yayda xüsusilə tətillərdə açıq bufetdən qida istehlakına meyl olur. Bu vəziyyətdə əvvəlcə hazırlanan yeməkləri nəzərdən keçirin, seçdiyiniz yeməklərdən az-az götürməyə çalışın, qabınızı doldurarkən salatlardan başlayın, xüsusilə bol göyərti və tərəvəzli yeməklərə üstünlük verin.

Piyada gəzin!

Həftədə 3 gün templi gəzintilər, üzmək, məşqlər sizi yay yorğunluğuna qarşı qoruyacaq. Əgər "vaxtım yoxdur” deyirsinizsə, heç olmasa aktiv həyat tərzi üçün gəzərək gedə biləcəyiniz yerlərə avtomobillə getməyin, lift yerinə nərdivandan istifadə edin. Bu cür kiçik fəaliyyətlərlə də həyat tərzinizi dəyişdirə bilərsiniz.

kökəldən 9 qidadan uzaq ol!

Yay mövsümü insanların ən çox əyləndiyi, tətilə getdiyi vaxtdır. İnsanlar gəzintiyə çıxır, təbiətdə manqal qalayır, dondurma yeyir, sərin su içirlər. Amma yayda üstünlük verdiyimiz bu cür qidalar artıq çəki olaraq geri qayıdır. Mütəxəssislər yayda ən çox çəki artıran 9 qidanı müəyyən ediblər.

1. Manqalda ət-Manqalda qızardılan sosis ən çox çəki atıran bir nömrəli qidadır.
2. Sosisli sendviç-Bir sendviçdə 320 kalori var. Amma bir sendviçlə doymaq çətindir.
3. Kartof salatı-Sadə kartof salatında 436 kalori var. Ancaq eyni miqdarda kələm salatı sadəcə 150 kalori təşkil edir.
4.Buzlu içkilər-Meyvələrin kaloriləri 245-490, 300-800 arasında dəyişir. Ən yaxşısı yayda ancaq su içməkdir.
5.Dondurma- Bir qab dondurmanın tərkibində 380 kalori və 22 qram yağ var. Ancaq şokoladlı, badamlı dondurmalarda bu rəqəm iki dəfə artır.
6. Qızardılmış kartof və pendir
7. Qızardılmış toyuq salatı
8. Cipslər
9. Qızardılmış toyuq