Ermənini məğlub edən Mehmanın videosu rekord qırır - VİDEO
25.06.2019
İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb.
Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda döyüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu zaman Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb.