Güclü zəlzələ olub - Rusiyada
25.06.2019
Rusiyanın Kamçatka diyarı sahillərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ baş verib.
Verilən xəbərə görə, yeraltı təkanlar Ust-Kamçatsk qəsəbəsindən 113 kilometr şərqdə qeydə alınıb.
Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.
Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadın olmadığı deyilir.