Prezident İlham Əliyev Xorvatiya və Sloveniyaya məktub ünvanladı
24.06.2019
Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir:
"Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".