Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin anbarında partlayış baş verib.
Bu məlumatı Qazaxıstan Daxili İşlər Nazirliyi yayıb. Hadisə yerinə 8 yanğınsöndürmə maşınının cəlb edildiyi vurğulanıb. İnsidentin səhər saatlarında yerli vaxtla 09:20-da baş verdiyi qeyd edilib.
Hərbi hissənin yaxınlığında yerləşən yaşayış məskənlərinin köçürülməsinə başlanılıb.