Qaplan belə şərh etdi: onu prezident etmək istəyirlər
24.06.2019
AKP-nin daxilindəki bəzi şəxslər bu partiyaya zərər verirlər.
Xəbər verildiyi kimi, bu sözləri türkiyəli yazar Yusuf Qaplan deyib. O, Əkrəm İmamoğlunun İstanbul bələdiyyə başqanı seçilməsini belə şərh edib:
"Bu, PKK-nın çevriliş oyunudur. Əkrəm İmamoğlunu 2023-cü ilə hazırlayırlar. Özü də bunu AKP-dəki bəzi şəxslərin əli ilə edirlər. Görəsən, günahkarlar bundan nəticə çıxaracaqlarmı?"
Qeyd edək ki, 2023-cü ildə Türkiyədə növbəti prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Mustafa Qaplanın bu sözlərlə İmamoğlunun sözügedən seçkilərdə prezidentliyə namizədliyini irəli sürəcəyinə eyham vurduğu bildirilib.