İran Azərbaycanla danışıqlar aparır - buna görə
24.06.2019
İran Azərbaycan, Rusiya, Türkiyə, Çin, Hindistan və digər dövlətlərlə ABŞ sanksiyalarının nəticələrinin yumşaldılması üçün maliyyə mexanizmlərinin yaradılması haqqında danışıqlar aparır.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
Onun sözlərinə görə, Tehran artıq bu ölkələrdən bəziləri ilə məsələ ilə bağlı razılaşma da imzalayıb.
Zərif yaxın gələcəkdə belə razılaşmanın daha bir neçə ölkə ilə imzalanacağını bildirib.