Rusiya və ABŞ ortaq nöqtələr tapacaq - Netanyahu
23.06.2019
Ümid edirəm ki, Qüdsdə keçiriləcək görüşdə Rusiya və ABŞ nümayəndələri ortaq nöqtə tapacaq və Suriya məsələsinin tənzimlənməsi üçün irəliyə doğru addım atılacaq.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu çıxışı zamanı belə bir görüşü keçirməkdən böyük məmnunluq duyduğunu və bunun İsrailin dünyadakı mövqeyindən xəbər verdiyini qeyd edib.
Xatırladaq ki, iyunun 24-25-i tarixlərində Qüdsdə İsrail, Rusiya və ABŞ təhlükəsizlik şurası katiblərinin görüşü keçiriləcək.