Müşavirlərdən Trampa: İranı vur!
23.06.2019
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri onu İrana zərbə vurmağa razı salmağa çalışıb.
Bu barədə "Vol Strit Jurnal” yazıb.
Məlumata görə, Bolton da daxil olmaqla bir çox müşavir İrana zərbə vurulmasını vacib sayıb, lakin Tramp onlarla razılaşmayıb. Prezident müşavirlərin ölkəni müharibəyə çəkdiyini düşünüb və ABŞ-a müharibə lazım olmadığını, onun üçün sadəcə məsələnin iqtisadi tərəflərinin maraqlı olduğunu qeyd edib.
Qeyd edək ki, Donald Tramp Tvitter hesabında İrana hücum əmrini ləğv etmədiyini, yalnız müəyyən mərhələdə icrasını dayandırdığını açıqlayıb.