"Dövran Media" xəbər verir ki,Ürək və Damar xəstəlikləri uzmanı, cərrah Prof. dr. Öztəkin Oto iyun ayının 7-də Azərbyacan Dövlət Televiziyasında yayımlanan "Sağlam ol" verilişinə dəvət edilib.
Əlbəttə ki, ürək və damar xəstəliklərindən əziyyət çəkən çoxlu sayda vətəndaşlarımızın onun məsləhətlərinə ehtiyacı vardı. Canlı yayımlanan proqramda həkim ona ünvanlanan sualların demək olar ki, hamısını cavablandırıb, xəstələrə ətraflı və olduqca faydalı məlumatlar verib.