Prezident Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
22.06.2019
Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu ünvanlayıb.
"Dövran Media" təbrikin mətnini təqdim edir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".