24 saat danışan aparıcı və "Ginnesin Rekordlar Kitabı"
06.04.2018
Livanın dövlət televiziyasında (Tele-Liban) yayımlanan məşhur musiqili-əyləncəli proqramın aparıcısı Dalia Freyfir rekorda imza atıb.
Aparıcı 24 saatlıq tok-şou ilə buna nail olub.
Bir sutka ərzində fasiləsiz tok-şouda aparıcı 40 musiqiçi, müğənni, yazıçı, artistlərlə söhbət edib. Ümumilikdə verilişdə 91 nəfər olub.
Qeyd edək ki, məşhur aparıcı 18 yaşında qəzaya düşüb və görmə qabiliyyətini itirib. Amma bu, ona öz arzularını reallaşdırmağa mane olmayıb. Aparıcı deyib ki, 24 saatlıq tok-şou ilə o, dövlət və cəmiyyətin diqqətini əlil insanlara yönəltməyə və onlara öz yollarını tapmaqda kömək etməyə çağırıb.
"DM"