23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Huawei” ABŞ-ı məhkəməyə verdi

22.06.2019

Çinin "Huawei” şirkəti məhkəməyə müraciət edərək ABŞ hakimiyyəti tərəfindən müsadirə olunmuş avadanlıqlarının qaytarılmağını tələb edib. 
"Reuters”in verdiyi məlumata əsasən, avadanlıqlar  2017-ci ildə Birləşmiş Ştatlardan ÇXR-a daşınan zaman müsadirə olunublar. Çin şirkəti hesab edir ki, amerika tərəfinin bu hərəkəti ixrac-idxal əməliyyatlarına nəzarət haqqında qanuna müvafiq deyil və qeyri-qanunidir.
"Bildiyimizə görə, HT (Huawei Technologies) avadanlıqları bürokratiya səbəbindən Alyaskada anbarda saxlanılır”, - məhkəmə sənədlərində qeyd edilib.
Bildirilir ki, "Huawei” avadanlıqların üzərindən həbsin götürülməyini və onların gələcək taleyi ilə bağlı konkret qərarların verilməyini tələb edir. Cavabdeh tərəf qismində isə ABŞ-n Ticarət Nazirliyi çıxış edir.