Hollivud ulduzunu heç kəs tanımadı - FOTO
22.06.2019
49 yaşlı Hollivud ulduzu Mettyu Perri uzun müddətdən sonra üzə çıxıb.
"Dostlar" filminin çəkilişləri zamanı narkomaniya və depresiyadan müalicə olunan aktyor yenidən pərəstişkarlarını təşvişə salıb.
Perri 2 ildir ki, üzə çıxmır. 2018-ci ildə Mettyu 3 ay müddətinə xəstəxanada müalicə olunmaq məcburiyyətində qalıb. Bu yaxınlarda isə Nyu-Yorkda üzə çıxan aktyorun görünüşü elə də yaxşı olmayıb. Onun geyimi də çirkli və əzik olub. Üzü tüklü olan aktyorun sağ yanağında qəribə ləkə olub. Perrinin uzun dırnaqlı, şişmiş əlləri də diqqətdən yayınmayıb.