Göldən 100 yaşlı balıq çıxdı- FOTO
22.06.2019
ABŞ-ın Minnesota ştatında Ceyson Fyuqeyt adlı balıqçı yerli göllərdən birindən qeyri-adi balıq tutub.
"Daily Mail”in məlumatına görə, qızılı rəngli balığın çəkisi 14 kiloqram, uzunluğu bir metrə yaxın olub.
Nəhəng qızıl balıq bioloq, doktor Lakmanın diqqətini çəkib. O bildirib ki, bu balığın 100 yaşı var.
Alimin fikrincə, balıq ya yaşı ilə əlaqədar bu rəngə düşüb, ya da mutasiyaya uğrayıb. Çünki elmə belə balıq növü məlum deyil.