Saakaşvili xalqı küçələrə çağırdı
21.06.2019
Hər kəsə işlərini kənara buraxıb, axşam Tiflisdə bizə qatılmağı təklif edirəm.
Bu bəyanatı öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. O, İvanişvilinin ölkədə güc diktaturası qurmağa çalışdığını bildirib.
Saakaşvili xalqın buna imkan verməməli olduğunu deyib. O, həmçinin gürcü miqrantları təcili şəkildə Gürcüstana geri dönməyə çağırıb.
Qeyd edək ki, Gürcüstan müxalifəti bu gün saat 19:00-a mitinq təyin edib.