03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünyada ən bahalı süd - eşşək südü + FOTO

21.06.2019

Türkiyənin Manisa bölgəsində qurduğu təsərrüfatda 200 eşşəklə eşşək südü istehsal edən Türkan Əyriboyun işini daha da böyüdüb.
Xəbər verildiyi kimi, litri 100 lirəyə satılan eşşək südü Türkiyənin bır sıra bölgələrinə göndərilir. Xarici ölkələrdən də turistlər təsərrüfata gəlib vaxt keçirir və eşşək südü satın alırlar.
Tam təbii məhsul
Əyriboyun eşşək südü istehsalına 8 il öncə maraq göstərib. 49 yaşlı Əyriboyun bir eşşəklə başladığı işini böyüdərək 200 eşşəyə çatdırdığını söyləyib. "Xaricdəki dostlarım bu işi tövsiyə edirdi, ancaq cəsarət edə bilmirdim, çünki həyatımda heç canlı eşşək belə görməmişdim. Birdən cəsarət gəldi, bir eşşəklə başladım”, – deyib.
Litri 100 lirəyə satılır
"Yeni Əsr”də yer alan xəbərə görə, tamamilə təbii bir istehsalla məşğul olmaq üçün eşşəkləri bəsləyərkən sənaye yemi istifadə etmədiklərini anladan Əyriboyun "eşşək bala verdikdən sonrakı dövrdə 2,5-3 aya yaxın süd verir. Bu dövrdə ən çoxu 400 qram süd verir. Daha sonra isə bu, 50 qrama qədər düşür. Eşşəklərdən əldə etdiyim südlə tələbləri qarşılaya bilirik”, – deyib.
Məsrəflərin artdığını, ancaq qiymətləri artırmadıqlarını qeyd edən əyriboyun eşşək südünün litrini 100 lirəyə satdıqlarını ifadə edib:
"Satışlarımızı əsasən, internet üzərindən edirik. Türkiyənin hər yerinə karqo ilə məhsul göndəririk. Amma təsərrüfatımıza da çoxlu insanlar gəlir. Əsasən onkoloji xəstələr müraciət edir. Astma, bronxit xəstələri, sümük əriməsi xəstələri daha çox istəyir. Təsərrüfütımıza gələnlərə sağıb veririk. Eşşək südü immun sistemini gücləndirir, hüceyrələri yeniləyir”.
Kosmetika və dərman sənayesində istifadə olunur
Eşşək südünün kosmetika və dərman olaraq da istifadə edilməyə başlandığını dilə gətirən Əyriboyun bu cür istehsalla məşğul olan firmalara eşşək südü tədarük etdiklərini ifadə edib.
"Eşşək südündən şampun, sabun, krem, losyon hazırlandı. Bizim çalışdığımız firma bunu etdi. Türkiyədə bu iş ilk olaraq bizim təsərrüfatımızla başladı. Hazırda eşşək südü içməyənlər, ya da eşşək südünü əldə edə bilməyənlər üçün bir firma kapsul hazırlayır. Çalışmaları davam edir”, – Əyriboyun deyib.
Bir çox ölkədən turistlər gəlir
Türkan Əyriboyun xaricdən bir çox insanın eşşək südü üçün Manisaya gəldiyini söyləyib:
"Bura gəlib təbiətdə vaxt keçirir, eşşəkləri görürlər. Onlara eşşək südü təqdim edirik. Rusiyadan, Niderlanddan, İrandan, Belçikadan xarici turistlər gəlir. Hətta Kambocadan da gələn oldu. Gələn insanlar bu işi sağlıq turizmi halına gətirməyimizi istəyirlər. Onlar üçün təsərrüfatımızı gözəlləşdirməyə qərar verdik. Dekorasiya hazırlayırıq, gələn insanların daha gözəl vaxt keçirməsini istəyirik”.