İşğalçı dövlət Qarabağda hərbi təlimlər keçirir
21.06.2019
Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən hərbi təlimində "S-300” hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.
Bunu jurnalistlərə Ermənistan müdafiə nazirliyinin yetkilisi Sevak Torozyan deyib.
Torozyn qeyd edib ki, təlimlərdə sınaqdan keçirilən hərbi-texnika və sistemlər arasında Rusiyadan alınmış "S-300”lər də var.
Azərbaycanın işğal edilmiş ərazilərində bir neçə gün əvvəl başlayan təlimlər bu gün başa çatacaq.