İstidən 92 nəfər öldü
21.06.2019
Hindistanın Bihar əyalətində havanın temperatur kəskin şəkildə artıb.
Xəbər verildiyi kimi, 50 dərəcəyə çatan isti hava səbəbilə 92 nəfər ölüb.Ölənlərin hamısı Qaya, Navada, Yamui, Auranqabad bölgələrindən olub. Onlar izhal, yüksək temperatur və qusma kimi simptomlarla xəstəxanaya müraciət edən 50 yaşdan yuxarı vətəndaşlar olub.
Rəsmilər əhaliyə xəbərdarlıq edərək evlərindən çıxmamağı, bol miqdarda su içməyi, yorucu və fiziki aktivlik tələb edən işlərdən uzaq qalmağı tövsiyə edib. Məktəblər isə bir neçə gün ərzində bağlı olacaq.