Qan təzyiqini normallaşdıran ən asan vasitə
21.06.2019
Yumurta ağı yüksək qan təzyiqini tənzimləyir. Yumurta ağında peptid adlanan bir maddə var. Araşdırmaya görə, bu maddə qan təzyiqini artıran bir fermentin yaranmasına mane olur. Alimlər siçanlar üzərində bir sınaq keçirib və onlara bir miqdar peptid verib. Nəticədə, təəccüblü olub: peptidin "Captopril” dərmanının aşağı dozası ilə eyni gücə malik olduğu üzə çıxıb.
Xəbər verildiyi kimi, yumurta ağının qan şəkəri səviyyəsini təmzimlədiyi və "pis" xolesterini azaltdığı da ortaya çıxıb. Bu baxımdan, yumurta ağı çox faydalıdır və onu mütəmadi olaraq istehlak etmək tövsiyə olunur.
Yüksək temperaturda qaynadılmış yumurta təzyiqi azaltmaq üçün yaxşıdır. Yumurta ağının insan bədəninə əlavə nə kimi təsirlər göstərəcəyini təyin etmək üçün başqa araşdırmaların aparılması planlaşdırılır. Bu nəzəriyyə doğru olarsa, yumurta ağı yüksək qan təzyiqi ilə mübarizə üçün ən yaxşı dərmanlardan biri olacaq.
Bundan əlavə, yumurta ağı, heç bir yan təsiri olmayan təbii və ucuz bir seçimdir.