ABŞ təyyarələrinə qadağa qoyuldu
21.06.2019
ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edib.
Reuters bildirir ki, qadağa təcili xəbərdarlıq şəklində yayılıb.İdarənin bəyanatında qeyd olunur ki, ən yaxın mülki təyyarə İran tərəfindən vurulan "Global Hawk” pilotsuz aparatı ilə 45 mil (72 km) məsafədə olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də ölkənin hava məkanına daxil olan Amerika pilotsuz uçan aparatının vurulduğunu bəyan edib.