Boksçumuz erməni ilə RİNQƏ çıxacaq
21.06.2019
Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının boks yarışlarının püşkü atılıb.
Bu gün start götürəcək mötəbər yarışda iştirak edəcək Azərbaycan boksçularının da ilk rəqibləri müəyyənləşib.
Yarışda çıxış edəcək 11 boksçumuzdan səkkizi 1/16, üçü 1/8 finaldan mübarizəyə başlayacaq. Bu idmançılardan onu kişi, biri qadın boksçudur. İdmançılarımızdan kubalı legionerimiz, Olimpiya mükafatçımız Lorenso Sotomayor ilk görüşündə erməni boksçu ilə qarşılaşacaq.
Kişilər
21 iyun, 1/16 final
-56 kq. Tayfur Əliyev – Boyan Asenov (Bolqarıstan)
-91 kq. Rahil Məmmədli – Radoslav Panteleyev (Bolqarıstan)
+91 kq. Məhəmməd Abdullayev – Petar Belberov (Bolqarıstan)
22 iyun, 1/16 final
-60 kq. Cavid Çələbiyev – Nikola İvkoviç (Bosniya və Herseqovina)
-69 kq. Lorenso Sotomayor – Qurgen Madoyan (Ermənistan)
-75 kq. Kamran Şahsuvarlı – Georgi Harabadze (Gürcüstan)/Miroslav Saviç (Serbiya) cütünün qalibi
-81 kq. Alfonso Dominges – Stepan Qrekul (Ukrayna)
23 iyun, 1/16 final
-64 kq. Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Niderland)
1/8 final
-49 kq. Rüfət Hüseynov – David Alaverdian (İsrail)
24 iyun, 1/8 final
-52 kq. Məsud Yusifzadə – Dmitri Zamotayev (Ukrayna)
Qadınlar
24 iyun, 1/8 final
-69 kq. Məryəm Cəbrayılova – Vivyen Budai (Macarıstan)