Ramil Usubovun yeni vəzifəsi
20.06.2019
Prezident İlham Əliyev R.İ.Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Dövran Media" AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda qeyd edilir ki, Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.