21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kılıçdaroğludan Ərdoğana: Sən kimsən? Milli iradənin üstündəsənmi?

20.06.2019

HDP ilə ittifaqımız yoxdur. Ancaq HDP-yə səs verənlərin böyük qismi Əkrəm İmamoğluna səs verəcək. AKP elektoratından da ciddi səs gələcək, biz bunu görürük. Özəlliklə mühafizəkar kəsim Əkrəm İmamoğluna səs verəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 23 iyun İstanbul seçkisi ilə bağlı prosesləri şərh edərkən deyib.
O bildirib ki, Ali Seçki Qurumunun 7 üzvü siyasi müqavimət göstərə bilməyib İstanbul seçkilərinin nəticələrini ləğv etdi: "Kimin səsi ləğv edildi? Vətəndaşın. Ali Seçki Qurumu İstanbul seçkilərinin nəticəsini ləğv edəndə bunu gözləyirdi: CHP üzvləri və tərəfdarları küçələrə axışacaq, polis bibər qazından istifadə edəcək, insanlar öləcək. Sonra da Ərdoğan ortaya çıxıb deyəcək ki, baxın, CHP budur”.
Kamal Kılıçdaroğlu hər bir seçicini seçkiyə getməyə çağırıb: "23 iyun seçkiləri bələdiyyə sədri seçkiləri çərçivəsindən çıxıb. Bu, haqsızlığa məruz qalan vətəndaşın haqqını geri alan seçkidir. Mən milli iradəyə güvənirəm. Demokratiyada son sözü deyən iradədir. Seçkidə böyük fərq gözləyirik”.
CHP sədri fikirlərini Ərdoğana ünvanlamaqla belə davam etdirib: "İmamoğlu həbsə girəcək – bunu demək istəyir. "Ordu valisindən üzr istəməsən, o kresloda əyləşə bilməzsən" deyir. Sən kimsən? Milli iradənin üstündəsənmi? Sənə açdığımız yolda irəliyə gedib, demokratiyanı ortadan götürürsən. Valilər var ki, vətəndaşa öküz deyib. Səsiniz çıxdımı?
Bir vaxtlar Ərdoğanın özü söyləyirdi ki, mənə mehtər ola bilməzsən deyirdilər, amma prezident oldum. Bunun yolunu sənə biz açdıq”.