Qətər bundan məhrum edilə bilər - İDDİA
20.06.2019
Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyindən məhrum edilə bilər.
"RenTV” nin məlumatına əsasən, bu barədə Argentina mətbuatı yazır.
İddiaya görə, FIFA turniri başqa ölkəyə həvalə etməyi planlaşdırır. Çempionatın ev sahibliyinin Cənubi Amerika ölkələrindən birinə həvalə olunacağı istisna edilmir.
Qeyd edək ki, bir müddət əvvəl 2022 FIFA Dünya Kubokunun ev sahibinin müəyyən edilməsi üçün keçirilmiş səsvermədə səslərin satılması ilə bağlı xəbər yayılıb.
Fransada istintaqla əlaqədar keçmiş UEFA prezidenti Mişel Platini saxlanılsa da, sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Təhqiqatçılar korrupsiya sxemində onun da iştirak etdiyini ehtimal edir.
Korrupsiya faktı təsdiqlənsə, Qətər futbol üzrə dünya çempionatı ev sahibliyindən məhrum edilmiş ilk ölkə kimi tarixə düşə bilər. Bu baş versə, ölkəyə 10 milyarddan çox ziyanın dəyəcəyi təxmin edilir.