Sərkisyan oyun oynayır - Tomas de Vaal
06.04.2018
Ermənistanın parlamentli respublikaya keçməsi heç nəyi dəyişməyəcək.
"Dövran Media" xəbər verir ki, bu sözlər britaniyalı araşdırmaçı Tomas de Vaalın məqaləsində yer alıb.
"Demək olar ki, heç nə dəyişməyəcək. Sərkisyanın çalışdığı Prezident Administrasiyasının binası prezident ofisi olaraq qalacaq, amma onun qarşısında başqa lövhə asılacaq. Bu mexanizm hakim elitaya hökumətdə qalmağa imkan verəcək. Sərkisyan 2008-ci ildən hakimiyyətdədir və təəssüf ki, Ermənistan bu zaman ərzində özünə yeni lider seçə bilmir.
Sərkisyan uzunmüddətli oyun oynayır. Onun dövründə xarici siyasət daha balanslı olub, lakin Rusiya yenə də əsas tərəfdaş olaraq qalır”, – deyə o bildirib.