Hökumət əhalidən silah alır
20.06.2019
Yeni Zelandiya hökuməti əhalidən yarımavtomatik silahları almaq niyyətində olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı yayıb.
"Nyu Zeland Herald” qəzetinin yaydığı məlumata görə, hökumətin bunun üçün 136 milyon dollar ayırmaq niyyətində olduğu bildirilib. Bu vəsaitin 124 milyon dollarının silah alışı, 12 milyon dollarının isə silah toplanılması üçün ayrılacağı vurğulanıb. Silah toplanılmasının dekabrın 20-nə qədər davam edəcəyi ehtimal edilib.
Qeyd edək ki, martın 15-də Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə baş verən teraktdan sonra ölkədə bütün silahlara qadağa qoyulub.