Paşinyandan müharibə bəyanatı
20.06.2019
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bu gün Vaşinqtonda keçiriləcək görüşündən öncə Nikol Paşinyan növbəti dəfə danışıqların ruhuna uyğun olmayan bəyanat səsləndirib.
"Sputnik Ermənistan”ın məlumatına görə, N.Paşinyan bildirib ki, Ermənistan daim öz silahlı qüvvələrinin hazırlıq səviyyəsini artırmalıdır.
Ermənistanın Baş naziri bildirib ki, Qarabağda müharibə bitməyib və aktiv döyüş fəaliyyəti hər an başlaya bilər.