18 yaşlı məzunlar magistraturaya qəbul olundu
20.06.2019
Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı məzunları magistraturaya qəbul olublar.
Report xəbər verir ki, universitetin Kimya fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Nigar Veysəlova və Beynəlxalq münasibətlər fakültəsinin məzunu, 2000-ci il təvəllüdlü Turanə Tağıyeva magistraturaya keçirilən qəbul imtahanında uğurlu nəticə əldə ediblər.
N.Veysəlova magistr təhsilini dövlət sifarişi əsasında 131 balla qəbul olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft Kimya Prosesləri İnstitutunda Nanomateriallar kimyası ixtisası üzrə davam etdirəcək.
T.Tağıyeva isə magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirəcək.