Ərdoğandan seçki açıqlaması: Sisi yoxsa Yıldırım?
19.06.2019
Birlikdə çox çalışacağıq, bazar günü fərqli bir müjdə ilə yola davam etməliyik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"31 martda seçkinin nəticələrinə ən çox kim sevindi? Yunanlar sevindi. Verilən başlıqları xatırlayırsınız? Mursi həbs ediləndə "Ərdoğanın da aqibəti onun kimi olacaq” deyirdilər. Bazar günü Sisi, yoxsa Binəli Yıldırım deyəcəyik? Məsələ bu qədər önəmlidir. Ərdoğanın aqibətini Mursinin aqibətinə bənzədənlər Sisinin zehniyyətindədir”, - Ərdoğan bildirib.
Qeyd edək ki, İstanbul böyükşəhər bələdiyyəsi başqanlığına təkrar seçkilər isə 23 iyunda olacaq.