21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu sayt "qara siyahı"ya düşdü

19.06.2019

Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının və "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib.
Xəbər verildiyi kimi, komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, komissiya ilk olaraq Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun "7 gun.az ” saytına qarşı şikayətini araşdırıb. Müəyyən edib ki, "7 gun.az” saytı "Nazir müavininin cənub bölgəsinə işgüzar səfəri və onun görmək istəmədiyi gerçəklər” adlı məqaləni hazırlayarkən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərini pozub.
Qeyd edilib ki, anonim mənbələr əsasında hazırlanan yazıda əks edilən faktlar araşdırılmayıb, qarşı tərəfin rəyi öyrənilməyib. Saytın təmsilçisi Cavid Şirəliyev materialda əks edilən faktları təsdiqləyən sənədlərə malik olduğunu desə də, onları özü ilə iclasa gətirməyi unutduğunu bildirib. Şikayətlər Komissiyası məsələnin "Reket jurnalistika”ya qarşı mübarizə üzrə Komissiyada müzakirəsini, təqdim edilməsi nəzərdə tutulan sənədlərin geniş araşdırılmasını məqbul sayıb. Gündəliyə daxil edilən digər məsələlər tərəflərin qarşılıqlı razılığa gəlmələri səbəbindən baxılmamış saxlanılıb.
Daha sonra MŞ-nin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalasının iclası keçirilib. Komissiyanın sədri Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə məlumat verib.
Ardınca komissiya üzvləri "Media-Press.org” saytı barədə məsələni müzakirə ediblər. Vüqar Rəhimzadə məlumat verib ki, qeyd edilən sayt üzrə məsələ daha öncə MŞ Şikayətlər Komissiyasının 17 may 2019-cu il tarixli iclasında müzakirə edilib. Amma sayt təmsilçiləri verilən tövsiyələrdən nəticə çıxarmayıblar. Şikayətçi, Ağdaş rayon sakini Məhəmməd Əliyev "Media-Press.org” saytı tərəfindən daha şiddətli təhqirlərə məruz qalması barədə növbəti şikayət ünvanlayıb.
Komissiya üzvləri məsələnin müzakirəsi zamanı "Media-Press.org” saytının fəaliyyətində "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinin intensiv şəkildə pozulduğunun, sayt rəhbərliyinin tövsiyə və xəbərdarlıqlardan nəticə çıxarmadığını aşkarlayıblar. "Media-Press.org” saytının adının MŞ-nin "qara siyahı”sına daxil edilməsi barədə rəy verilib.