Tokayevin Azərbaycana ilk səfəri olacaq - prezident kimi
19.06.2019
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.
Verilən məlumata görə, Q.J.Tokayev bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək məqsədilə Bakıya gələcək. Bu, prezident kimi onun Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Qasım-Jomart Tokayev iyunun 9-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində 71 faiz səslə qalib gəlib./apa/