SOCAR-ın yeni şirkəti - Türkiyədə
19.06.2019
SOCAR Almaniyanın EWE şirkətindən aldığı "Bursagaz”, "Kayserigaz”, "EWE Enerji”, "Enervis” və "Millenicom” şirkətlərinin idarə olunması məqsədilə yeni şirkət yaradıb.
Bu barədə "Anadolu” agentliyi məlumat yayıb. Yeni şirkət "SOCAR Türkiye Doğal Gaz Yatırım AŞ” adlandırılıb. Günter Şeymus yeni qazpaylayıcı şirkətə rəhbər təyin olunub.
Qeyd edək ki, Almaniyanın EWE şirkəti ilə SOCAR-ın Türkiyədəki törəmə şirkəti arasında aktivlərin təhvil-təslimi prosesi iyunun 17-də yekunlaşıb.
G.Şeymus 10 ildən çoxdur SOCAR-da (həm Türkiyə, həm də xaricdə) müxtəlif vəzifələr tutub, 2016-cı ilin may ayından etibarən "SOCAR Turkey”də çalışıb.