Kremldən İrəvana MESAJ
18.06.2019
"İrates” qəzetinin yaydığı məlumata görə, erməni milyarder Samvel Karapetyan Ermənistan Baş naziri Nikol Paşinyana Kremldən xüsusi mesaj gətirib.
"Nikol Paşinyan-Samvel Karapetyan görüşü bəzi dairələrdə ikincinin Ermənistana yeni iqtisadi proqramlar haqqında danışmaq üçün gəldiyi barədə təəssürat yaradıb. Əslində isə Karapetyan Paşinyana Kremldən xəbər gətirib. O, Ermənistana səfir kimi gəlib və Paşinyana hesablaşması gərəkdiyi rus elitasının mesajlarını çatdırıb. Bu mesajlar iqtisadi və siyasi mahiyyət daşıyır.
Xüsusi qeyd olunmalıdır ki, Karapetyan Paşinyanla Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən bir neçə gün öncə görüşüb. Yəqin ki, Rusiyada yaşayan erməni oliqarxın Paşinyana xəbəri bununla bağlıdır”, – deyə məlumatda bildirilib.