21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakının bağ evləri: Yay qiymətləri

18.06.2019

Yay mövsümünün başlaması ilə əlaqədar bağ evlərinə tələbat artıb. Tələbatın artması isə evlərin kirayə haqqını kəskin yüksəldib. İndi ən aşağı kateqoriyalı bağ evində dincəlmək 600 manata başa gəlir.
Bu gün yerli turistlər xüsusilə Mərdəkan, Bilgəh, Zuğulba, Şüvəlan bölgələrində olan bağ evlərinə üstünlük verirlər. Bağ evlərinin qiyməti isə 600 manatla 4000 manat arasında dəyişir.
Qiymətlərə təsir edən əsas amillər evin dənizə yaxınlığı, kommunal şəraiti və bağ evinin daxili imkanlarıdır. Xüsusilə hər kəs 4-5 otaqlı, həyətində xüsusi hovuzu, ağacları, yaşıllığı olan bağ evlərinə üstünlük verir.
Əmlakçılar bildirir ki, yay ağlarında belə evlərə tələbat artdığından bağ evi sahibləri də qiyməti qaldırırlar. Xüsusilə Mərdəkan və Şüvəlanda bağ evi qiymətləri həddən artıq yüksəkdir. 3 aylıq yay tətili üçün sözügedən bölgələrdə bir bağ evinin qiyməti 3000-4000 manat arası dəyişir. Belə evlərin aylıq qiyməti daha yüksəkdir. Ancaq 3 aylıq kirayələyən zaman müəyyən endirimlər edilir. Mərdəkan və Şüvəlanda aylıq kirayə haqqı 4000 manata olan bağ evləri də var.
Ekspertlər bildirir ki, bağ evlərinin qiymətinin artması fəsillə əlaqədardır və bu tendensiya hər il təkrarlanır. İldən ilə də qiymətlərdə fərq hiss olunur. Ötən illərlə müqayisədə bu il bağ evlərinin kirayə qiymətlərində 20 faizə qədər artım müşahidə edilib.
Əmlak ekspertlərinin sözlərinə görə, son illər, xüsusilə bu il lüks kateqoriyalı bağ evlərinə tələbat artıb. Bu səbəbdən lüks kateqoriyalı bağ evlərində qiymət artımı orta və aşağı kateqoriyalı bağ evləri ilə müqayisədə çox hiss olunur. Hətta bu il lüks kateqoriyalı bağ evlərinin qiymətində 70-80 faizə qədər artım hiss edilib.
Qiymətlər isə sentyabrdan etibarən yenidən enəcək.