ABŞ “Huavey”i çökdürür: 30 milyard ZİYAN
17.06.2019
ABŞ sanksiyaları ucbatından yaxın iki il ərzində Çinin "Huavey” telekommunikasiya nəhəngi 30 milyard dollar itirəcək.
Bunu Çin Mərkəzi Televiziyasına açıqlamasında "Huavey”in təsisçisi Jen Çjenfey deyib. O, iki il ərzində şirkətin öz istehsal həcmini də azaldacağını bildirib.
Qeyd edək ki, "Huavey” 1987-ci ildən fəaliyyət göstərir. Şirkət bir müddət öncə ABŞ sanksiyalarına məruz qalıb. Vaşinqton bu şirkəti öz qurğuları vasitəsilə məxfi məlumatlar toplamaqda ittiham edib.