Ermənilər təşvişdə: Qarabağda təlimlərə başladılar
17.06.2019
Dağlıq Qarabağda separatçı rejim komando-qərargah təlimlərinə start verib.
Təlimə 10 minə qədər hərbçi cəlb edilib. Təlimdə həmçinin 200 artilleriya sistemi, 150 zirehli texnika, 50 hava hücumundan müdafiə sistemi, 400 avtotexnikanın iştirakı nəzərdə tutulub.
Separatçı rejim təlimdə xüsusilə gecə şəraitində praktik tapşırıqların icrasına və yeni taktiki variantlarına hazırlanmasına diqqət yetirəcəyini bildirib. Təlimdə yeni hərbi texnikanın sınaqdan keçiriləcəyi bildirilsə də bunun hansı texnika olduğu açıqlanmayıb. Üstəlik rejim yaydığı bəyanatda sınaqdan çıxarılacaq texnikanın Rusiyanın Ermənistana verdiyi silahlar olub-olmayacağına da aydınlıq gətirməyib.
Qeyd edək ki, təlim iyunun 20-nə qədər davam edəcək.
Bundan öncə Azərbaycanda Türkiyə-Azərbaycan ordularının iştirakıyla genişmiqyaslı təlimlər keçirilmişdi. Müştərək hərbi təlim İrəvanda və Rusiyanın bir sıra dairələrində təşvişə səbəb olmuşdu.