21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səudiyyə aerportuna HÜCUM

17.06.2019

Yəmən üsyançıları - husilər Səudiyyə Ərəbistanının cənubundakı Abha şəhərinin hava limanına növbəti zərbə endiriblər.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, hücum dronlar vasitəsilə həyata keçirilib. Digər təfərrüatlar barədə məlumat verilmir.
Ötən həftənin sonlarında husilər tərəfindən buraxılmış beş pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilmişdi. Şənbə günü üsyançılar Abha aeroportuna, bundan bir qədər əvvəl isə qonşu Cizan əyalətində yerləşən aeroporta raket atmışdılar.
Xatırladaq ki, Yəməndə silahlı münaqişə beş ildən çoxdur davam edir. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası üsyançılarla qarşıdurmada Yəmən prezidenti Mansur Hadinin qoşunlarını dəstəkləyir.