ABŞ Çini çıxılmaz duruma salmasın! - Tokayev
17.06.2019
ABŞ iqtisadi savaşdan dolayı Çinlə kompromis tapmalı və bu ölkəni çıxılmaz vəziyyətə salmamalıdır.
Bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev deyib.
Dövlət başçısı iki ölkə arasındakı ziddiyyətlərdən dolayı narahatlığını ifadə edib:
"Risklər var. Biz ABŞ-Çin arasıdakı iqtisadi müharibədən dolayı narahatıq. Qazaxıstan Çinə təbii qaynaqlar ixrac edən böyük ölkələrdən biridir. Qazaxıstan mallarının qiymətləri enə bilər. Əsas risk də elə bundadır. Düşünürük ki, gec və ya tez iki ölkə razılığa gələcək. Çin rəhbərlərinin və xalqının psixologiyasına bələdəm və bilirəm ki, belə bir razılıq əldə olunacaq”.