Yıldırım və İmamoğlu arasında DEBAT
17.06.2019
Türkiyədə İstanbul Böyükşəhər bələdiyyəsi sədirliyinə namizədlər Binəli Yıldırım və Əkrəm İmamoğlu arasında teledebat keçirilib.
Dövran Media Trend-ə istinadən bildirir ki, həmin debatlar üç saata yaxın davam edib.
Bu müddət ərzində namizədlərə 15 sual verilib. Hər suala cavab vermək üçün üç dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.