Mövlud Çavuşoğlu: “Biz nüvə silahlarına qarşıyıq”
05.04.2018
"İki gün əvvəl təməlini atdığımız Akkuyu layihəsi Türkiyənin ilk nüvə enerjisi stansiyası olacaq. Layihə işləri tamam bitdikdən sonra Türkiyənin elektrik enerjisi ehtiyacının yüzdə onu qarşılanacaq”.
Bunu Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M. Çavuşoğlu bildirib ki, təkcə Akkuyu AES yetməz: "Türkiyə iqtisadiyyatı böyüyür. Sinopda yaponlarla daha bir atom enerjisi stansiyasının əsasını qoymaq üçün işlər aparırıq. Bütün dünyada AES-lər var. Bəziləri bu stansiyalarla nüvə silahları atasında fərqi bilmirlərsə, günah bizdə deyil. Biz hər yerdə nüvə silahlarına qarşıyıq. "Məndə olsun, başqasında olmasın” prinsipinə də qarşıyıq. Atom Elektrik Stansiyası atom silahı deyil”.