Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib
10.01.2018
Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış yazıçı və tərcüməçi Tektaş Ağaoğlu vəfat edib.
T. Ağaoğlu yanvarın 9-da 84 yaşında İstanbuldakı klinikalardan birində dünyasını dəyişib.
Tektaş Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Oxsford Universitetinin hüquq fakültəsini bitirib. Dostoyevskinin, Şoloxovun, Remarkın əsərlərini türkcəyə tərcümə edib. 1973-cü ildə Marks və Engelesin əsərlərini tərcümə etdiyinə görə həbsdə yatıb.
1980-ci illərdə bir müddət İsveçrədə yaşamağa məcbur olub. Türkiyənin məşhur qəzet və jurnallarında müxtəlif vəzifələrdə çalışan T. Ağaoğlu bir müddət BBC radiosunun redaktoru olub./apa/