Çindən Asiyaya MESAJ
15.06.2019
Asiya dövlətləri regionda yeni ümumi təhlükəsizlik arxitekturasının qurulması üçün yollar axtarmalıdırlar.
Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri Toplantısında çıxışı zamanı Çin rəhbəri Si Szinpin çıxış edib. O, yeni təhlükəsizlik arxitekturası yaradılacağı zamanı Asiyanın özəlliklərinin nəzərə alınması gərəkdiyini bildirib:
"Biz gərək çağırışlara birgə reaksiya verək. Asiyada yeni təhlükəsizlik və inkişaf vəziyyətini əl-ələ verərək yaratmalıyıq. Asiyada qarşılıqlı hörmət və qarşılıqlı inam atmosferinin qurulması bizim ümumi hədəfimizdir”.